"Omikron" ştammı ABŞ-ın 10 ştatında qeydə alınıb

4 Dekabr 2021 10:12 (UTC+04:00)

Koronavirusun "Omikron" ştammı ABŞ-ın 10 ştatında qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb.

Qeyd olunub ki, "omikron" ştammı azı iki ştatda, Havay və Minnesota ştatlarında ölkəni tərk etməmiş şəxslərdə aşkar edilib.

ABŞ ərazisində "omikron" ştammı ilk dəfə dekabrın 1-də Kaliforniyada Afrikanın cənubundan səfərdən qayıtmış şəxsdə aşkar edilmişdi.