Arvadı ilə filmə çəkilmək istəmədi

4 Dekabr 2021 09:30 (UTC+04:00)

Amerikalı aktyor Freddie Prinze Jr. 20 illik həyat yoldaşı Sarah Mişel Gellar ilə eyni filmdə rol almayacağını söylədi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Freddie Prinze Jr. bu barədə açıqlama verib.

“Gecənin sonunda iki insanın birlikdə evə gəlib, ekranda birlikdə olmaq üçün mübarizə aparmasını izləmək, məncə o qədər də həyəcanlı deyil”- deyə, bildirib.

Qeyd edək ki, cütlük birlikdə 4 filmdə rol alıblar.

Ayşən Vəli