Bəşəriyyətin sonunu gətirəcək gizli təcrübə...

4 Dekabr 2021 03:56 (UTC+04:00)

Dünya robotlarla bağlı inkişafları izlədiyi bir vaxtda hər kəsdən gizlədilən bir təcrübə üzə çıxıb.

SİA xəbər verir ki, ABŞ-ın Harvard Universitetinin Viss İnstitutu və Tuftsdakı Allen Araşdırmalar Mərkəzində aparılan təcrübədə robotlar mitozla çoxaldılıb.

Uğurlu təcrübə dünya tarixində bir ilk kimi qeydə alınıb.

Tədqiqatçılar robotların təkbaşına çoxalmasını təmin etmək üçün qurbağa hüceyrələrindən istifadə ediblər. Robotlar bu təcrübədən uğurla çıxıblar və özlərini çoxaltmağı bacarıblar. Amma bəzi alimlərə görə, bu uğur bəşəriyyət üçün faydalı olmaya bilər.

Ən son inkişaflardan sonra gözlər başqa təcrübələrə çevrilib. Belə ki, Amerikada aparılan tədqiqatlarda robotlara silahdan istifadə, başqa bir araşdırmada robotlara riyazi məsələləri həll etmək öyrədilib.

Sui-qəsd nəzəriyyəçiləri baş verənlərin insanlar və robotlar arasında müharibəyə səbəb olacağını iddia edirlər. İş o yerə çatıb ki, nəzəriyyəçilər sözügedən müharibəyə əvvəlkindən daha yaxın olduğumuzu deyirlər.