Noyabr ayında 92 terrorçu zərərsizləşdirilib

4 Dekabr 2021 01:14 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı noyabr ayında 92 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

SİA xəbər verir ki, İsmayıl Çataklı paytaxt Ankarada təşkil edilən aylıq mətbuat brifinq yığıncağında verdiyi bəyanatda Daxili İşlər Nazirliyinin koordinasiyasında noyabr ayında həyata keçirilən əməliyyatlar nəticəsində biri yaşıl kateqoriyada, biri narıncı biri isə boz kateqoriyada olmaqla 3 yüksək səviyyəli, cəmi 92 terrorçunun zərərsizləşdirildiyini bildirib.

İsmayıl Çataklı “Noyabr ayında Daxili İşlər Nazirliyinin koordinasiyası ilə kənd yerlərində 15-i iri, 66-sı orta olmaqla, ümumilikdə 10 min 900, şəhərlərimizdə isə 1382 əməliyyat keçirilib” deyib.

Qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı məlumat verən Çataklı noyabr ayında 3592-si dənizdə olmaqla 19 min 587 immiqrant və 832 təşkilatçının yaxalandığını qeyd edilib.