Gürcüstanda o sizə lazım deyilsə...

4 Dekabr 2021 00:13 (UTC+04:00)

"Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”.

SİA xəbər verir ki, bunu Mixeil Saakaşvilinin sevgilisi Yelizaveta Yasko deyib.

O, eks-prezidentin səhhətindən də danışıb. Bildirib ki, Saakaşvili fiziki olaraq zəifdir:

“Onu bir neçə dəfə uzanıb dincəlməyə məcbur ediblər, təəssüf ki, zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və belə görünür ki, hakimiyyət Mixeil Saakaşvilini öldürmək istəyir. Onu uzun illər azadlıqdan məhrum edilməsini istəyir”, – deyə Yasko bildirib.