"Omikron" ştammı 38 ölkədə aşkar edilib

4 Dekabr 2021 00:01 (UTC+04:00)

Koronavirusun "omikron" ştammı hazırda 38 ölkədə aşkar edilib.

SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildirib.

Onun sözlərinə görə, söhbət ÜST-ün “hər altı regionunda” yerləşən dövlətlərdən gedir.

Ekspert bildirib ki, Cənubi Afrikadan gələn məlumata görə, orada virusa yoluxanların sayı artır:

" [Omikron ştammının] daha yüksək keçicilik səviyyəsinə malik olması ehtimalı var".

"Amma hələ də dünyada üstünlük təşkil edən “delta” variantı ilə müqayisədə onun az və ya çox yoluxucu olduğunu bilməliyik".