Son gündə 143 britaniyalı koronavirusdan ölüb

3 Dekabr 2021 23:48 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 50 584 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 379 647 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 143 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 145 424 nəfərə çatıb.