Meksikada ilk dəfə “omikron” ştamı aşkarlanıb

3 Dekabr 2021 23:42 (UTC+04:00)

Meksikada COVID-19-un “omikron” ştamı ilə ilk yoluxma halı aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Hüqo Lopez-Qatel bildirib.

Nazir müavini qeyd edib ki, “omikron” ştamı Cənubi Afrika Respublikasından gələn 51 yaşlı kişidə qeydə alınıb.

“Onun yüngül xəstəliyi var və infeksiyadan qorunmaq üçün könüllü olaraq Mexiko şəhərində özəl xəstəxanaya yerləşdirilib”, – Lopez-Qatel vurğulayıb.