Goranboyda yeniyetməni maşın vurub

3 Dekabr 2021 23:33 (UTC+04:00)

Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2006-cı il təvəllüdlü F.Feyzulayevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.