“Liverpul” Benzemanı transfer etmək istəyir

3 Dekabr 2021 22:51 (UTC+04:00)

"Real”ın futbolçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.

SİA xəbər verir ki, fransalı hücumçu ilə “Liverpul” klubu yaxından maraqlanır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

“Real” yayda heyətinə PSJ-dən Kilian Mbappeni qatmaq istəyir. Benzema həmyerlisinin keçidindən sonra az şans qazanmaq ehtimalını nəzərə alaraq, “kral klubu”nu tərk etmək istəyə bilər. “Liverpul” Benzemanın bu vəziyyətindən istifadə edərək, onu heyətinə cəlb etmək istəyir.

33 yaşlı hücumçu ilə PSJ də maraqlanır. Lakin “Real” rəhbərliyi Benzemanı PSJ-yə satmaq niyyətində deyil.