Baydenin səhhətində problemlər yaranıb

3 Dekabr 2021 22:48 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Baydenin səhhətində problemlər yaranıb.

SİA xəbər verir ki, Bayden yaş yarımlıq nəvəsinin ona soyuqdəyməyə yoluxdurduğunu, buna görə də səsinin tutulduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testindən keçirəm. Soyuqdəyməsi olan yaş yarım nəvəm var və o, babasını öpməyi sevir. Bu, sadəcə soyuqdəymədir”, – Amerika lideri jurnalistlərin səhhəti ilə bağlı sualını cavablandırarkən deyib.