“Müzakirələr Vyanada davam edəcək”

3 Dekabr 2021 22:16 (UTC+04:00)

“Qarşı tərəflərin paytaxtlarına gedib məsləhətləşmə aparmağa ehtiyacları var idi. İran və 4+1 ölkələr arasındakı danışıqlar gələn həftə davam edəcək”.

SİA xəbər verir ki, bunu İranın nüvə müzakirələrində Vyanaya göndərilmiş nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.

O bildirib ki, bu gün müştərək komissiyanın iclasında İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi müzakirə olundu:"Qarşı tərəf İranın təklifləri ilə bağlı məntiqli və sübutlu cavablarını öz paytaxtlarında məsləhətləşməyə ehtiyac duyduqları üçün müzakirələr dayandırıldı. Müzakirələr gələn həftə yenidən Vyanada baş tutacaq."