Fil suya girdikdə timsahlar qaçacaq yer axtardılar

3 Dekabr 2021 21:12 (UTC+04:00)

Afrikanın dördüncü böyük çayı olan Zambezi çayında qeydə alınan görüntülər qorxulu anlara səhnə olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, timsahın balasını narahat etdiyini görən nəhəng fil suya girib. Bu əsnada timsahların fil təhlükəsinə qarşı təşvişlə tədbir görməyə çalışdıqları görülüb, lakin bu mümkün olmayıb. Fillə timsah arasında bir müddət mübarizə getsə də, fil qısa zamanda rəqibinin bütün hərəkətlərini puça çıxarıb və timsahı məğlub etməyi bacarıb. Filin ayaqları altında əzilən timsah çarəsiz halda ölməkdən başqa heç nə edə bilməyib.