Telegram mesencerində qlobal nasazlıqlar var

3 Dekabr 2021 18:19 (UTC+04:00)

Bütün dünyada məşhur Telegram messencerinin istifadəçiləri onun işində nasazlıqlar barədə məlumat verirlər. SİA xəbər verir ki, bu barədə məşhur internet resurslarının nasazlıqlarını və kəsilməsini izləyən Downdetector saytı da məlumat yayıb.

Məlumata görə, artıq 177 şikayət qeydə alınıb. İstifadəçilərin 52%-i proqramdakı problemlərdən, 33%-i serverə qoşulma problemlərindən, daha 15%-i mesajların qəbulu ilə bağlı problemlərdən şikayət edirlər.

Rusiya, eləcə də Almaniya, Hollandiya, Böyük Britaniya və digər ölkələrin sakinləri belə problemlərlə üzləşiblər.

Xatırladaq ki, Telegram bir çox formatda mesajlar və media faylların mübadiləsini aparmağa imkan verən messencerdir. Layihə 2013-cü ildə VKontakte sosial şəbəkəsinin yaradıcısı Pavel Durov tərəfindən yaradılıb.