Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan DİN birgə məlumat yayıb

3 Dekabr 2021 17:35 (UTC+04:00)

"Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yeni şəxsiyyət vəsiqəsi ilə əvəz etmək üçün 10 dekabr 2021-ci il tarixdən 30 yanvar 2022-ci il tarixədək (Bazar günləri və bayram günləri istisna olmaqla) Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Sakinlərdən dekabr ayının 8-dən etibarən aşağıdakı telefon nömrələri vasitəsilə əvvəlcədən növbə götürmələri xahiş olunur:

Tel:(012) 590-64-43,

590-64-31".