Sevgi o qədər bənzərsizdir, şans və təsadüfdür...”

3 Dekabr 2021 17:36 (UTC+04:00)

Məşhur türk sima "Kalben Marie Klaire" jurnalına verdiyi müsahibədə sevgiyə baxışından danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sistemin onu aldatdığını deyən musiqiçi açıqlama verib.

O, “Mənə dedilər ki, ağ atlı şahzadə səni xilas edəcək. Bu hiylənin mənə tətbiq etdiyi hər şeyi etdim. Amma mən inanmıram ki, əsl sevgi və məhəbbət hər hansı institusional quruluşa malikdir, nə də romantik Hollivud filmləri mənə sevgi haqqında danışa bilər. Sevgi o qədər bənzərsizdir, şans və təsadüfdür...”.

Ayşən Vəli