Göydən ölü quş yağdı

3 Dekabr 2021 17:18 (UTC+04:00)

İspaniyanın Ferrol şəhərində xəstəxananın yerləşdiyi ərazidə qəribə bir hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 200 ədəd quş göydən ölərək yerə düşüb. Bu quşlar düşən zaman bir çox insanların yaralanmasına səbəb olub. Ekspertiza quşların ölüm səbəblərini araşdıracaq.