Ərdoğan "2030 maneəsiz baxış sənədi"ni açıqlayıb - Əlil müəllimlərə təyinat

3 Dekabr 2021 16:43 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əlil müəllim təyinatı və maneəsiz baxış 2030" təqdimat yığıncağında açıqlamalar verib. SİA xəbər verir ki, prezident Ərdoğan açıqlamasında 2030-cu ilə qədər maneəsiz baxış sənədini də açıqlayıb.

Prezident Ərdoğan qeyd edib ki, başda burada olan qardaş və bacılarımızı 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təbrik edirəm: “Dünən Tokio Olimpiadasında böyük uğurlar qazanan milli idmançılarımızı Külliyədə qonaq etdik”.

Prezident vurğulayıb ki, bu gün biz ümumdünya əlillər gününü qeyd etməklə 750 nəfər əlil müəllimi iş yerlərinə təyin edirik: “Hökumətimizin bu günə qədər etdiyi əlil təyinatlarının sayı 63087 nəfərə çatıb. Bu rəqəm kimin əlillərin tərəfində olduğunu ortaya qoyur. Əlillərə dövlətin qapılarını kimin açdığı ortadadır”.