Bakının mərkəzində yanğın olub

3 Dekabr 2021 16:05 (UTC+04:00)

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Qış Parkının yaxınlığında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, ərazidə tüstülənməyə səbəb təkər tullantılarının yanması olub.

Hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub, Ərazidə təhlükəsizlik təmin edilib.