Gürcülər Avropadan deportasiya olunub

3 Dekabr 2021 15:45 (UTC+04:00)

60-a yaxın Gürcüstan vətəndaşı İsveç və Almaniyada qeyri-qanuni işlədikləri üçün deportasiya ediliblər. SİA gürcü mediasına istinadla xəbər verir ki, onlar sığınacaq üçün müraciət etsələr də, tələb olunan prosedurdan keçə bilməyiblər.

“Frontex” beynəlxalq təşkilatının müşahidəçisi İrma Tsiramuanın sözlərinə görə, bu, Gürcüstan vətəndaşları ilə bağlı il ərzində sayca 30-cu deportasiyadır.