Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb

3 Dekabr 2021 13:10 (UTC+04:00)

Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

SİA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" hesabında paylaşım edib.

Sədr qeyd edib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.