YAP hesabat-seçki yığıncağı keçirdi - FOTOLAR

3 Dekabr 2021 13:04 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Xətai prospekti 9” ünvanlı ərazi partiya təşkilatındahesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, daha sonra Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi ilk partiya təşkilatının üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Sadıqovaçılış nitqində gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirdi ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VI Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Daha sonra geniş hesabat məruzəsidinlənilərək, ərazi partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında bəhs edilib.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlardan danışdı. Azərbaycanın bütün sahələrdə müvəffəqiyyətlərə imza atdığını və bu uğurların bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Ərazi partiya təşkilatının işinə uğurlar arzu edib.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən ətraflı məlumat verdi. Bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Elçin Quliyev ərazi partiya təşkilatının sədri, Vəfadar Zeynalov isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.