"İqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması...." - ƏLİ ƏSƏDOV

3 Dekabr 2021 12:27 (UTC+04:00)

"Koronavirusla mübarizə məqsədi ilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin plenar iclasında deyib.

Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib.

Nazir bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində 69 faiz xərclər sosial yönümlüdür.

Əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin daim diqqət mərkəzində saxladığını vurğulayıb.