Ordu quruculuğu ən vacib məsələrdən biridir - Əli Əsədov

3 Dekabr 2021 12:20 (UTC+04:00)

Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən vacib məsələrdən biridir. SİA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

"Hərbçilərinin həyat şəraitin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir",-deyə Baş nazir qeyd edib.