Nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir - BAŞ NAZİR

3 Dekabr 2021 12:20 (UTC+04:00)

Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. SİA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra ölkəmiz gələcəyə baxır.

"Regionda nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir", - deyə Ə.Əsədov bildirib.