"İndiyə qədər aktyorluq təhsili almamışam"

3 Dekabr 2021 12:08 (UTC+04:00)

“Aşk 101” serialı ilə məşhurlaşan aktrisa İpək Yazıcı ona yeni təklifin aktyorluğu tərk etmək istədiyi zaman gəldiyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yazıcı bu barədə açıqlama verib.

O, “Təslim olduğum bir anda həyatım olması lazım olan istiqamətə çevrildi. İndiyə qədər aktyorluq təhsili almamışam. Amma almaq istəyirəm. Oxuduğum kitablardan və baxdığım şeylərdən qidalanıram. Dolunay Soysertin aktyorluğunu nümunə götürürəm” deyib.

Ayşən Vəli