Məşhur müğənni vətəninə qayıtdı

3 Dekabr 2021 12:00 (UTC+04:00)

İşi ilə əlaqədar bir müddət Londonda olan məşhur gənc türk müğənni Aleyna Tilki İstanbula qayıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Zincirlikuyu Zorlu Mərkəzində nümayiş olunan müğənni açıqlama verib.

O, “İngiliscə mahnıma çox yaxşı reaksiyalar aldım. İndi türkcə mahnım üzərində işləməyə başlamışıq. Məncə, 2022-ci ilin əvvəlində yeni mahnım çıxacaq. Amma hələ dəqiq tarix yoxdur” deyib.

Ayşən Vəli