Maral azyaşlı uşağa hücum etdi

3 Dekabr 2021 11:54 (UTC+04:00)

Rusiyanın Zyuratkul Milli Parkında ziyarətçilər parkı gəzərkən qorxulu anlar yaşanıb. Əksəriyyəti uşaqlar olan bir qrup, vəhşi maralları təbii mühitində seyr ediblər. Bu vəziyyətdən ruhlanan uşaqlar maralların yanına yaxınlaşıblar və onu sevməyə başlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəfildən hərəkət edən maral, qarşısındakı balaca qızı təpiklə vurub. Qız aldığı təpiklə yerə yıxılıb, maralın növbəti hücum cəhdinin qarşısı ətrafdakılar tərəfindən alınıb.