2022-ci il üçün yaşayış minimumunu təsdiqlədi - RƏSMİ

3 Dekabr 2021 11:38 (UTC+04:00)

"Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.

SİA-nın məlumatına görə, layihədə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.