Sülhməramlılar öz funksiyalarından kənar işlərə toxunurlar - POLİTOLOQ ŞƏRH ETDİ

3 Dekabr 2021 11:33 (UTC+04:00)

“Sülhməramlılar əsasən sülhün bərqərar edilməsi və tərəflər arasında ayırıcı funksiyanı yerinə yetirən qorumalardır. Təəssüf ki, Rusiya sülhməramlıları bu funksiyalardan kənar işlərə toxunurlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Məsələn onlar, Qarabağ ərazisini tərk etmiş erməniləri geri qaytarmaq üçün orada canla başla qulluq edirlər. Onlar Qarabağın dağlıq hissəsində yerləşən erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasına cəhd göstərmirlər. Başqa bir narahatlıq doğuran səbəb isə bölgədə humanitar kompaniya aparırlar və bu kompaniyaya Azərbaycana kömək etmək istiqamətində heç bir iş görmürlər. Sülhməramlılar çalışırlar ki, Qarabağdan köçmək istəyən erməni əhalisi buradan köçməsin, bəzi hallarda isə hətta burada vaxtı ilə yaşamayan ermənilərin də bura gəlməsinə və yerləşməsinə icazə verirlər. Onlar orada kilsələr tikirlər, rus ziyalılarının büstlərini qoyurlar, quruculuq işləri aparırlar və s. bütün bunlar hamısı onların missiyasına daxil olan amil deyil"-deyə, politoloq fikrini tamamlayıb.