2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri başlayıb - RƏSMİ

3 Dekabr 2021 11:24 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələrinə başlanılıb.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğində nəzərdə tutulur.