Milli Məclisdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

3 Dekabr 2021 11:08 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Xızı rayonunda yerləşən Qaraheybət hərbi aerodromunda meydana gələn qəza nəticəsində şəhid olmuş 14 hərbiçimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

SİA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Şəhidlərin ailələrinə başsağlığı verib, qəza nəticəsində yaralanan hərbiçilərimizə şəfa diləyib.