“Omikrom" ştamı ilə bağlı Azərbaycanda qapanmalar olacaq?- DİQQƏT! - HƏKİM AÇIQLADI

3 Dekabr 2021 10:27 (UTC+04:00)

Dünyanın 23 ölkəsində yeni yoluxucu virus aşkarlanıb. Cənubi Afrikada aşkarlanan “omikron" ştamı qısa müddətdə bir çox ölkələrdə - Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib. Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. SİA məsələ ilə bağlı həkim, infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, “Omikron" ştamı sürətlə yayılmasına görə əvvəlki ştamlardan fərqlənir. Lakin xəstəliyin gedişatı ağır olsa da ölüm faizi haqqında danışmaq üçün hələ ki, tezdir”.

Həkim sözlərinə belə davam edib: “Klinik gedişi isə hərarətin yüksək olması, defekasiyanın tezləşməsindən sutkada 7-8 dəfə olması kimi şikayətləri olur”.

Ayşən Vəli