"Forsage" mağazasında yanğın olub

3 Dekabr 2021 09:01 (UTC+04:00)

Bakıda yanğın hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində yerləşən "Forsage" mağazasında qeydə alınıb.

Yanğınla bağlı əraziyə Xətai rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili, 20 yaxın şəxsi həyəti cəlb olunub.

Yanğın qısa müddətə lokallaşdırılaraq söndürülüb.