Qəhvənin gözlər üçün faydası açıqlanıb

3 Dekabr 2021 06:33 (UTC+04:00)

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

SİA xəbər verir ki, yeni bir araşdırma apararaq tədqiqatçılar kofeinin vizual informasiyanın mənimsəməyə təsirlərini araşdırıblar.

Tədqiqatın eksperimental hissəsi 21 könüllü üzərində aparılıb. Təcrübəyə cəlb olunan şəxslər bir gün kofein kapsulunu, digər gün isə plasebo kapsulunu qəbul ediblər. Tədqiqatçılar xüsusi avadanlıqdan istifadə edərək kofein qəbulundan bir saat öncə və bir saat sonra iştirakçıların dinamik görmə kəskinliyi bacarıqlarını qiymətləndiriblər.

Kofein qəbulu kiçik hərəkət edən hədəflərin daha sürətli aşkarlanmasına gətirib çıxarıb. Könüllülərdə gözlərin hərəkət sürəti və kontrast həssaslığı artıb - bu isə dinamik görmə kəskinliyinə təsir göstərir.

Alimlər kofeinin gözlər üçün faydalı ola biləcəyi qənaətinə gəliblər.