45 milyona yaxın insan ac qala bilər

3 Dekabr 2021 04:09 (UTC+04:00)

Dünyanın 43 ölkəsindən 45 milyona yaxın insan aclıq problemi ilə üzləşə bilər.

SİA xəbər verir ki, bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin 2022-ci il üçün Qlobal Humanitar İcmalında qeyd edilir.

“Yenidən hədsiz dərəcədə yoxsulluq artmaqdadır. 43 ölkədə 45 milyon insan üçün aclıq qorxulu perspektiv olaraq qalır”, - deyə sənəddə bildirilir.

Vurğulanır ki, dünyanın ən ehtiyacı olan insanlara yardım göstərmək üçün 41 milyon dollar lazımdır:

“2022-ci ildə dünyada ümumilikdə 274 milyon insan təcili yardım və müdafiə ehtiyacı ilə üzləşəcək ki, bu da ötən illə müqayisədə 17 % çoxdur. Ən çox ehtiyacı olan 173 milyon insana kömək və qoruma təmin etmək üçün 41 milyon dollara ehtiyac olması gözlənilir”.

BMT baş katibinin humanitar məsələlər üzrə müşaviri Martin Qriffitsin sözlərinə görə, iqlim dəyişikliyi böhranı ilk növbədə daha çox əhalinin ən həssas təbəqələrinə zərbə vurur. Qriffits dünyanın müxtəlif yerlərində qeyri-sabitliyin daha da pisləşdiyini qeyd edərək, bununla bağlı Əfqanıstan, Efiopiya və Myanmanı xatırladıb.