Yük avtomobili gənc qızı vurub

3 Dekabr 2021 01:54 (UTC+04:00)

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Qala qəsəbəsində yolu keçən 1992-ci il təvəllüdlü Babayeva Sevda Valeh qızını “ZİL” markalı yük avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük və bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.