"Barselona"dan Dembeleyə ultimatum

3 Dekabr 2021 01:50 (UTC+04:00)

Usman Dembele "Barselona"nın müqaviləni uzatmaq təkliflərinə cavab verməyib.

SİA xəbər verir ki, bu səbəbdən klub fransalı futbolçuya ultimatum verib. Dembele 15 gün ərzində yekun qərar verməsə, qışda transferə çıxarılacaq.

Bildirilir ki, Dembele agentinin təzyiqi səbəbindən yeni müqavilə imzalayıb-imzalamayacağına ciddi şübhə edir. Moussa Sissoko Dembeleni inandırır ki, o, digər komandada daha çox qazana bilər və dəyişiklik ona fayda verəcək. Oyunçu ilə maraqlanan klublar arasında " Mançester Yunayted" və "Nyukasl" da var.

Qeyd edək ki, Dembelenin "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.