“Ünzile Ana” adlı gəmidəki faciəli hadisə araşdırılır

3 Dekabr 2021 01:33 (UTC+04:00)

Qara dənizin Zonquldağ hövzəsində yerləşən Ereğli rayonundakı limanda lövbər salan gəmidən yıxılaraq həyatını itirən şəxsin Azərbaycan vətəndaşı Anar Orucov olması barədə məlumatlar aidiyyəti qaydada araşdırılır.

SİA xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən daxil olan məlumata görə, bunla bağlı müvafiq tapşırıqlar verilib. Hazırda hadisənin dəqiqləşdirilməsi və tədbirlərin görülməsi üçün Türkiyənin müvafiq qurumları, eləcə də Zonquldağın yerli hakimiyyət orqanları ilə əlaqə yaradılıb.

Qeyd edək ki, yükləmədən sonra Bolqarıstana səmt alması nəzərdə tutulan Panama bayrağı altında üzən “Ünzile Ana” adlı gəminin üzücü heyətində təmsil olunan bir nəfər zərbədən suya yıxılıb və axtarış nəticəsində onun cəsədi tapılıb. Türkiyə KİV-lərinin məlumatına əsasən həmin şəxs Azərbaycan vətəndaşı Anar Orucovdur. İlkin məlumata görə, hadisəyə səbəb fırtınalı hava şəraiti olub.