Astma xəstələri kovidə az yoluxur

3 Dekabr 2021 00:29 (UTC+04:00)

Ot qızdırması, allergik rinit və atopik ekzeması olan insanlar COVID-19-a daha aşağı yoluxma riskinə malikdirlər.

SİA xəbər veirir ki, Böyük Britaniyada əhali arasında aparılmış tədqiqatlar göstərib ki, xüsusilə həmin insanlar astmadan da əziyyət çəkirlərsə bu risk daha da aşağı düşür.

Nəticələr göstərir ki, asiya etnik mənsubiyyəti, piylənmə COVID-19-a yüksək yoluxma riski ilə əlaqəlidir.

Asiya/ asiya Britaniya milliyyətinə mənsub insanlarda yoluxma ehtimalı digər ağdərili insanlarla müqayisədə iki dəfə daha çoxdur.

Allergiya səbəbindən yaranmış ot qızdırması, allergik rinit və ekzemanı ehtiva edən xəstəliyi olanlarda infeksiyanın inkişafı riski atopik xətəliyi və astması olmayan insanlarla müqayisədə 23% daha azdır.

Onların arasında atopik xəstəlik və astma keçirmişlərdə isə risk daha aşağı - 38% olub. Bu assosiasiya hətta steroid inhalyatorlarından istifadədən sonra belə davam edib.