Azərbaycan xarici işlər naziri avstriyalı həmkarı ilə görüşüb

2 Dekabr 2021 22:59 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya xarici işlər naziri Maykl Linhartla görüşüb.

SİA-nın xəbərinə görə, bu barədə Avstriya XİN başçısı "Twitter"də bildirib.

"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya - Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", Avstriya XİN başçısı bildirib.