BMT-nin baş qərargahı qarşısında intihara cəhd

2 Dekabr 2021 22:07 (UTC+04:00)

BMT-nin Nyu-Yorkdakı baş qərargahının qarşısında intihara cəhd olub.

SİA xəbər verir ki, əlində tutduğu silahı boğazına dirəyərək BMT-nin giriş qapısında gəzişən yaşlı kişini Nyu-York polisi mühasirəyə alıb.

Onun kimliyi və hansı səbəbdən özünü öldürməyə cəhd etdiyi hələlik məlum deyil.

Onun BMT-yə xüsusi mesaj vermək üçün bu addımı atdığı ehtimal edilir.