Britaniya sanksiyalar tətbiq edib BELARUSA QARŞI

2 Dekabr 2021 20:40 (UTC+04:00)

Böyük Britaniya “Belaruskali” şirkətinə və bir sıra Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"ABŞ, Kanada və Aİ-dəki müttəfiqlərimizlə birlikdə Böyük Britaniya repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan səkkiz Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq etdi", deyə məlumatda bildirilir.

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, bu, Britaniyanın Belarusa qarşı sanksiyalarının beşinci tranşıdır. O, xatırladıb ki, London artıq 100-dən çox insan və təşkilata qarşı sanksiyalar tətbiq edib.