Rusiya üçün “qırmızı xətt”

2 Dekabr 2021 17:36 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın NATO-ya daxil olmasını Rusiya üçün “qırmızı xətt” adlandırıb. SİA xəbər verir bu sözləri Zaxarova NATO Şurasının Riqada xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının nəticələrini şərh edərkən söyləyib.

“Ukraynanın NATO-ya qoşulması bizim üçün “qırmızı xətt”dir” və biz bu barədə çoxdan danışırıq”, deyə Rusiya XİN sözçüsü bildirib.

O qeyd edib ki, görüşdə Rusiyaya qarşı ittihamlar səsləndirilib ki, guya Rusiya NATO sərhədləri yaxınlığında nəsə edir, silahlı qüvvələrini öz ərazisinə köçürməklə kimisə hədələyir.