Zelenskinin Krım andı birbaşa təhdiddir - SON DƏQİQƏ

2 Dekabr 2021 17:14 (UTC+04:00)

Ukrayna lideri Vladimir Zelenskinin Krımı geri almağı planlaşdırdıqları barədə açıqlamasına cavab verən Kreml sözügedən bəyanatın Moskva üçün birbaşa təhdid olduğunu bəyan edib. SİA xəbər verir ki, xarici işlər naziri Lavrov hərbi qarşıdurmanın kabus ssenarisi olacağı barədə xəbərdarlıq edib.

Ukrayna-Rusiya gərginliyində sular durulmaq bilmir. Normandiya dördlüyünün addımları bəhrə vermir, əksinə hadisələrin gedişini bir az da gərginləşdirir. Kreml və XİN bu gün bir-birinin ardınca Kiyev administrasiyasına xəbərdarlıq ediblər.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı geri alacağına dair andını birbaşa Rusiya üçün təhdid olduğunu qeyd edib və Ukraynaya xəbərdarlıq edib.

Xarici işlər naziri Sergey Lavrov NATO-nun şərqə doğru getməməsində israr edəcəklərini bildirib. Hərbi qarşıdurmanın kabus ssenarisi olacağı barədə xəbərdarlıq edən Lavrov ABŞ və müttəfiqlərini Ukraynaya silah göndərdiyinə görə də tənqid edib.