Məşhur aktrisa xalça hazırladı

2 Dekabr 2021 16:37 (UTC+04:00)

NFT layihəsi ilə böyük uğur qazanan məşhur türk aktrisa Nurgül Yeşilçay rəsmlərində istifadə etdiyi motivlər diqqət çəkdikdən sonra "The Keep" markası üçün xalça hazırlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yeşilçay açıqlama verib.

O, “Dizayn prosesi 2 ay çəkdi. Çox zövqlü idi. Amerikalı rejissor Stenli Kubrikin “The Shining” filmindən və Özdemir Asəfin şeir kitabından ilham aldım” deyib.

Müğənni Qaye Su Akyol bundan əvvəl də kilim dizayn edib satmışdı.

Ayşən Vəli