NATO-ya üzv 6 ölkənin Rusiyadan ən çox silah alan 10 ölkə sırasına daxil olmasının səbəbləri - AÇIQLAMA

2 Dekabr 2021 14:46 (UTC+04:00)

Sovet və Rusiya silahları dünyanın bir çox ordularında əsas silahlardır, onları NATO ölkələri də daxil olmaqla almağa davam edirlər. SIA xəbər verir ki, bunu Pravda qəzetinə müsahibəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.

Onun sözlərinə görə, Rusiyadan ən çox silah alan 10-luğa NATO-nun 6 ölkəsi daxildir.

“Şimali Atlantika Alyansının 6 dövləti NATO-nun əvvəllər Rusiya Federasiyasından alınmış avadanlıqlar üçün ehtiyat hissələri və komponentlərə daim ehtiyacı olması səbəbindən Rusiya avadanlıqlarının ilk 10 alıcısı siyahısına daxildir.Bəzi satınalmalar, şübhəsiz ki, müəyyən silah növlərinin saxlanması, təmiri, modernləşdirilməsi ilə bağlıdır. Amma başqa səbəb də var: dünyanın bəzi regionlarında, məsələn, Yaxın Şərqdə bir çox ordularda Sovet silahları və hərbi texnikaları üstünlük təşkil edir. Onilliklər ərzində onlar Sovet, Rusiya silah və texnikasını toplayıblar, ona görə də onların Qərb tərəfdaşları çox vaxt bu texnikalara istifadə etməyə məcbur olurlar”,- Kortunov bildirib.

Baş direktor onu da izah edib ki, ABŞ Rusiya vertolyotlarının Əfqanıstan şəraiti üçün daha optimal olduğuna əmindir: “Rusiya hərbi texnikasının, xüsusən də beynəlxalq koalisiyada istifadə olunan vertolyotların çox böyük alışları olub”.

Bundan əvvəl Rusiya Federasiyasının rəsmi gömrük statistikası 2021-ci ildə NATO ölkələrinə gizli kateqoriyalı malların (silahlar, təyyarələr, nüvə materialları) ixracının kəskin artdığını qeyd edib. Sursat və avadanlıq ABŞ, Çexiya, Almaniya, Böyük Britaniya, Estoniya, Hollandiya və digər dövlətlər tərəfindən aktiv şəkildə alınır.