Son sutkada 525 nəfər pandemiyanın qurbanı olub

2 Dekabr 2021 11:12 (UTC+04:00)

Ukraynada ötən sutkada 13 531 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, eyni dövr ərzində 525 nəfər pandemiyanın qurbanı olub. Məlumata görə, ümumilikdə ölkədə 3 463 872 nəfərdə koronavirus aşkarlanıb.

Onlardan 2 995 727 nəfər sağalsa da, 87 057 nəfər virusdan ölüb.