Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT

2 Dekabr 2021 10:51 (UTC+04:00)

2022-ci ildə 43 ölkədə 45 milyona yaxın insan aclıq problemi ilə üzləşə bilər.

SİA-nın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin 2022-ci il üçün Qlobal humanitar icmalında deyilir.

Sənəddə qeyd olunur ki, dünya əhalisinin ən yoxsul hissəsinə yardımın təqdim olunması üçün 41 milyon dollar vəsait tələb oluna bilər.

"Ümumilikdə, 2022-ci ildə 274 milyon insan təcili köməyə və müdafiəyə ehtiyac duyacaq, bu əvvəlki ildən 17 faiz daha çoxdur", - sənəddə deyilir.

İcmalda, həmçinin qeyd olunur ki, dünya əhalisinin bir faizdən çoxu doğma yerlərindən didərgin düşüb.