1 yaşlı uşaq tualet quyusuna düşüb

2 Dekabr 2021 10:35 (UTC+04:00)

Şabran rayonunda azyaşlı uşaq bədbəxt hadisəsi nəticəsində ölüb. SİA xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Bildirilib ki, 2020-ci il təvəllüdlü Ümid Muradov müvəqqəti istifadə üçün nəzərdə tutulan tualet quyusuna düşərək ölüb.

Hadisəni Baş Prokurorluqdan təsdiqləyiblər. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır